Nikol Paşinyanın Ermənistanın etnik təmizləməsinə haqq qazandırması qəbuledilməzdir.

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinin səsləndirdiyi iddialara dair verdiyi bəyanatda bildirilir.

 

Bununla bağlı verilən açıqlamada deyilir:

 

Bununla bağlı verilən açıqlamada deyilir: “Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Brüssel sülh prosesi çərçivəsində, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə baxılması haqqında danışdı. O, insan hüquqları məsələsində etnik əsasda ayrı-seçkilik və dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən yanaşma nümayiş etdirdi. Baş nazir Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqları məsələsi ilə müqayisə edilə bilməyəcəyini iddia etdi”.

 

İlk növbədə, qeyd edək ki, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu təmin etmək Ermənistan hökumətinin borcudur. Ermənistan hökumətinin bu ölkənin ərazisindən azərbaycanlıların hamısını qovduğu halda, Azərbaycanda yaşamaqda olan ermənilərin hüquqlarından dəm vurması ən böyük riyakarlıq və naşılıqla ört-basdır edilmiş ərazi iddiasıdır.

 

Azərbaycanın özünün Qarabağ bölgəsində yaşayan ermənilərlə təmaslara və onların hüquqlarını qorumağa hazır olduğu kimi, Ermənistan hökuməti də Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalı, bizim qayıdış hüququmuzu və qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizi təmin etməlidir.

 

Baş nazir Paşinyanın insan haqları məsələsində Ermənistandan qovulmuş azərbaycanlıları Azərbaycan ərazisində yaşamaqda olan ermənilərdən fərqləndirməsi hüquqazidd və təhlükəli yanaşmadır. Hamıya məlumdur ki, burada yeganə fərq azərbaycanlıların öz evlərində yaşamaqdan məhrum olmasıdır ki, bu da Ermənistana heç bir başucalığı gətirmir. Ermənistanın baş nazirinin ölkəsinin törətmiş olduğu etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətin nəticələrinə mötəbər bir arqument kimi istinad etməsi onun insan hüquqları və demokratiya məsələsində qeyri-səmimi olduğunu və monoetnik siyasəti davam etdirdiyini sübut edir.

 

Qərbi Azərbaycan İcması baş nazir Paşinyanın bu yanaşmasını sərt şəkildə qınayır və ondan mütləq dəyər olan insan hüquqlarına qeyd-şərtsiz hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan yaratmağı tələb edir”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…