Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatı davam edir.

 

Modern.az xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar müxtəlif cəbhələrdə irəliləyiş əldə edildiyini bildirib.

 

Onun sözlərinə görə, Ukrayna ordusu ötən həftə ölkənin cənubunda 12 kvadrat kilometrdən çox ərazini azad edib və beləliklə əks-hücumun başlamasından bu yana cənub sektorunda azad edilən əraziləri sahəsi 192 kvadrat kilometrə çatıb.

 

Malyar Ukrayna qüvvələrinin cənubdakı Melitopol şəhəri və Azov dənizi sahilində yerləşən Berdiansk şəhəri istiqamətində bir neçə bölgədə irəliləməyə davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, şərqdə döyüşlərin əsas diqqəti may ayında Rusiya qüvvələri tərəfindən ələ keçirilən kiçik Baxmut şəhəri ətrafında olub.

 

Nazir müavini qeyd edib ki, Ukrayna qüvvələri Baxmutun cənub cinahlarında irəliləməyə davam edir.

 

Malyar bildirib ki, Ukrayna qüvvələri son bir həftə ərzində bu istiqamətdə təxminən 4 kvadrat kilometr ərazini geri alıb və əsas döyüşlər Baxmutun cənub-qərbindəki Klişivka, Andrevka və Kurdyumivka kəndləri ətrafında olub.

 

Ukraynanın ali baş komandanı general Valeriy Zalujnı ötən həftə Ukrayna ordusunun “son dərəcə mürəkkəb mina sahələri, tank əleyhinə maneələr və atəşi məhvetmə sistemi” ilə üzləşdiyini, lakin irəliləməyə davam etdiyini bildirib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bazar günü əks-hücumun uğursuz olduğunu deyib. ABŞ dövlət katibi Antoni Blinken isə bildirib ki, bu, hələ Ukraynanın əks-hücumunun “ilk günləridir”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…