Qubada iki minik avtomobili toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün Quba-Xaçmaz yolunun Quba rayonu, Zərdabi qəsəbə ərazisindən keçən hissəsində baş verib.

 

Məlumata görə, 1968-ci il təvəllüdlü Azər Xantəmirovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1986-cı il təvəllüdlü Firuz Yusifovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil toqquşub. Nəticədə Firuz Yusifov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

“Mercedes” markalı avtomobilin sürücüsü Azər Xantəmirov və avtomobildə olan sərnişinlər Yeganə Kərimova və İlahə Mirzəyeva müxtəlif bədən xəsarətləri alıblar.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…