Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
Modern.az xəbər verir ki, bu barədə o, axşam müraciətində bildirib.
“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, – Zelenski qeyd edib.
O, Ukrayna dövlətinə, xalqına, ordusuna dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür edib.