Rusiyanın paytaxtı Moskva şəhərində güclü partlayış baş verib.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, partlayış “Vremena Qoda” ticarət mərkəzində qeydə alınıb.
Qaynar su borunun partlaması nəticəsində 4 nəfər ölüb. Ölənlərin meyitləri ticarət mərkəzinin içərisində tapılıb.
Hadisə nəticəsində 9 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.