Bolqarıstan parlamenti Ukraynaya təxminən 100 Sovet istehsalı zirehli transportyorun göndərilməsinə qərar verib.

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, qərarın əleyhinə 52, lehinə 148 deputat səs verib.

 

Qeyd olunur ki, Sofiya ilk dəfədir, Kiyevə hərbi texnikanı vasitəçilərlə deyil, birbaşa tədarük etmək qərarına gəlib.

 

Bolqarıstan Avropa İttifaqının və NATO-nun üzvüdür, Soyuq Müharibədən bəri sovet silahları ilə təchiz edilmiş orduya və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən sovet tipli silahlar istehsal edən əhəmiyyətli hərbi sənayeyə malikdir. 

 

Rusiyayönlü İntibah partiyasının lideri Kostadin Kostadinov parlamentin qərarını “xain və biabırçı” adlandırıb. Müxalif Sosialist Partiyası da “əleyhinə” səs verib.

 

“Bu avadanlıq artıq Bolqarıstanın ehtiyacları üçün lazım deyil və Rusiyanın əsassı təcavüzündən sonra müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsində Ukraynaya ciddi dəstək verə bilər”, – parlamentin qətnaməsində deyilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…