Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər edib.
Modern.az xəbər verir ki, səfər çərçivəsində o, ŞKTR lideri Ersin Tatar ilə görüşüb.
Lefkoşadakı “Concorde” otelində baş tutan görüşdən sonra iki lider Şimali Kipr Türk Respublikası vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi haqqında Saziş və Şimali Kipr Türk Respublikasının Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyənin göstərəcəyi dəstək haqqında Anlaşma Memorandumu imzalayıblar.