Fransa prezidenti Emmanuel Makron hökumətdə dəyişiklik etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, hökumətdəki dəyişikliklər cümə axşamı günü açıqlanacaq. Baş nazir Elizabet Born prezidentlə qarşıdan gələn dəyişiklikləri müzakirə etmək üçün Yelisey Sarayına gəlib.
Bildirilib ki, hökumət başçısı postunu qoruyub saxlayacaq.