Erməni əsilli jurnalistlərin Azərbaycana səfərinə məhdudiyyət qoyulmayıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

 

“Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirlər çərçivəsində müxtəlif media orqanlarında çalışan erməni əsilli jurnalistlərin ölkəmizə səfərləri təşkil olunub. Onların ölkəmizə səfəri növbəti mərhələlərdə də təşkil oluna bilər və heç bir məhdudiyyət qoyulmur. Bütün səfər edənlərin Azərbaycanın qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”, – deyə XİN rəsmisi qeyd edib.

 

Mətbuat Şurasının sədri Rəşad Məcid isə vurğulayıb ki, Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz. 

 

“Müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində ölkəmizə gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır. Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, problem olmaz”.

Bu xəbər ilə bağlı

XİN-dən Qarabağa icazəsiz gedən jurnalistlərlə bağlı AÇIQLAMA


Xəbəri oxu

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…