Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Twitter” hesabında bildirib.

 

“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm. Almaniya hər iki münaqişə tərəfinin oraya mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqdir”, – alman diplomat vurğulayıb.

 

Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Türkiyə səfiri Cahit Bağçı və Böyük Britaniya səfirinin müavini də iştirak edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Ermənistanda polis zabiti özünü güllələdi

Ermənistanda Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizlik Baş İdarəsinin Təhlükəsizlik məsələləri üzrə bölməsinin…

Sabah ermənilərlə Yevlaxda görüş KEÇİRİLƏCƏK

“Sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək”.   Modern.az xəbər…

Naxçıvanda hərbçilərə "Həyəcan" siqnalı verildi 

Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.  …

İsrail – İsveçrə oyunu təxirə salındı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində…

Təhsil insan ömrünü uzadır – ARAŞDIRMA

Təhsil ömrü uzadır. Norveç Elm və Texnologiya Universiteti və Vaşinqton Universitetinin alimləri…