İlk qarşılaşmamız səfərdə oldu. Bu gün komandam meydanda istədiyimiz oyunu göstərə bilmir. Bizi sabah meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Mən futbolçularıma inanıram və güvənirəm.

 

Modern.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Cəbəllütariqin “Linkoln” komandası qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov iyulun 18-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

 

Mütəxəssis bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionu bizim üçün doğmadır: “Amma avrokubok oyunlarımızı keçirəcəyimiz Bakı Olimpiya Stadionu da bizim üçün məqbuldur. Komandanın bu meydanda da maraqlı oyunları olub. Düşünmürəm ki, futbolçularımıza stadion mənfi təsir etsin. Azarkeşlərimiz üçün maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” matçı iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Komandalar arasında ilk matçda Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…