Şimali Koreya Yapon dənizinə doğru raket buraxıb.
Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb.
Raketin növü hələlik məlum deyil, ancaq qitələrarası ballistik raket olduğu ehtimal edilir.
Bundan əvvəl Şimali Koreya iyulun 12-də “Hwasong-18” tipli qitələrarası ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb. Bildirilib ki, “Hwasong-18” tipli raketin hündürlüyü və uçuş müddəti “rekord” səviyyəyə çatıb.