Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvləri ilk dəfə süni intellektin beynəlxalq sülh və təhlükəsizliyə təsirlərini müzakirə edib.

 

Modern.az xəbər verir ki, iclas BMT-nin Nyu-Yorkdakı binasında keçirilib.

 

Sessiyaya Britaniyanın xarici işlər naziri Ceyms Kleverli sədrlik edib.

 

BMT-nin Baş katibi Antonio Quterreş süni intellekti mətbəənin ortaya çıxması ilə müqayisə edib. O xatırladıb ki, çap kitablarının Avropada geniş yayılması üçün 50 il lazım olduğu halda, “ChatGPT” kimi süni intellekt tətbiqinin 100 milyon istifadəçiyə çatması cəmi iki ay çəkib.

 

“Süni intellektin həyatımızın hər sahəsinə təsir edəcəyi aydındır”, – Quterreş bildirib və əlavə edib ki, bu texnologiyanın müsbət təsirlərlə yanaşı, ayrı-seçkilik, dezinformasiya və avtoritar nəzarətin artması kimi mənfi təsirləri də ola bilər.

 

Baş katib süni intellektlə bağlı BMT daxilində xüsusi təşkilatın yaradılması ilə bağlı təklifləri alqışlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…