Lənkəranda dənizdə iki nəfər batmaq təhlükəsi ilə üzləşib. Onlardan biri yeniyetmə qızdır.

 

Modern.az xəbər verir ki, dənizdə batmaq təhlükəsi ilə bağlı insidentlərdən biri şəhərin “Kiçik Bazar” deyilən ərazisindəki çimərlikdə baş verib.

 

Cəlilabaddan Lənkərana qohumları ilə dənizə çimməyə gələn 2003-cü il təvəllüdlü Ramin Ramil oğlu Qurbanov çimərkən boğulmaq təhlükəsi ilə üzləşib. Ətrafdakıların köməyi ilə R.Qurbanov sudan çıxarılıb və əraziyə çağırılan təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

 

Analoji hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindəki çimərlikdə qeydə alınıb. Masallı rayonunun Yeddi Oymaq kənd sakini 2007 ci il təvəllüdlü Rüqəya Hakim qızı Dövlətova dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşib. R.Dövlətova sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Həkimlər hər iki xəstənin vəziyyətini ağır qiymətləndirirlər. Yeniyetmə qızın ciyərlərinə su dolduğunu bildirirlər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…