Türkiyə Daxili İşlər Nazirliyi İstanbul şəhərinin bütün ərazisində əcnəbilərə yaşamaq icazəsi verilməsini qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti yazıb.

 

Qadağa təhlükəsizlik, səhiyyə, təhsil və beynəlxalq ticarətlə bağlı “məcburi hallar” səbəbindən yaşamaq icazəsi almaq istəyənlərə şamil edilməyəcək.

 

Qeyd olunur ki, məhdudiyyət 2022-ci il oktyabrın 7-dən qüvvədə olsa da, bu ilin mart ayına qədər şəhərin yalnız 10 bölgəsində qüvvədə olub. Mart ayından etibarən isə şəhərin bütün ərazisində qadağa tətbiq edilib.

 

Nəşr İstanbul Miqrasiya İdarəsinin ötənilki məlumatlarına istinadən qeyd edir ki, şəhər sakinləri arasında əcnəbilərin xüsusi çəkisi təxminən 8% təşkil edir. Rəsmi rəqəmlərə görə, 15.9 milyon əhalisi olan İstanbul şəhərində 535 025 nəfər Suriya vətəndaşı var.

 

Qəzetin yazdığına görə, son iki həftə ərzində İstanbul polisi 5 minə yaxın qeyri-qanuni miqrantı saxlayıb və onları deportasiya mərkəzlərinə göndərib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…