Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı “Washington Post” qəzetinə müsahibə verib.
Modern.az xəbər verir ki, o, ölkəsinin Rusiya ilə hansısa şərtlərlə döyüşə bilməyəcəyini bildirib.
Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə verdikləri uzaqmənzilli raketlər və digər döyüş sursatlarının Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilə bilməyəcəyi şərtini qoyub.
Ali Baş Komandanın sözlərinə görə, Rusiya ərazisinə zərbələr endirmək üçün Ukrayna yalnız yerli istehsal silahlardan istifadə edir.
“Xalqımı xilas etmək üçün düşmən ərazisində nəsə etmək üçün niyə kimdənsə icazə istəməliyəm?” – Zalujnı vurğulayıb.
“Niyə? Çünki Putin… nüvə silahından istifadə edəcək? Ölən uşaqlar isə vecinə deyil. Bu, bizim problemimizdir və düşməni necə öldürəcəyimizə qərar vermək bizim ixtiyarımızdadır. Müharibədə siz düşmənin ərazisində öldürə bilərsiniz və öldürməlisiniz. Əgər tərəfdaşlarımız silahlarından istifadə etməkdən qorxsalar, biz öz silahımızla öldürəcəyik”, – deyə Ukrayna ordusunun komandanı bildirib.