Ukrayna 62 hərbçisinin cəsədini geri alıb.
Modern.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko məlumat verib.
O qeyd edib ki, ölən Ukrayna əsgərlərinin cəsədlərinin qaytarılması prosesi davam edir və bu proses Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.