ABŞ və Avropada bir çoxlarının Ermənistana müsbət münasibət bəsləməsinə rəğmən, adıçəkilən ölkədə cinsi təcavüz və məişət zorakılığı qurbanlarını de-fakto qanuniləşdirən zorlama mədəniyyəti bərqərardır.

 

Modern.az xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb.

 

“Ermənistanda zorlama mədəniyyəti geniş yayılıb” sərlövhəli məqalədə qeyd olunub ki, Britaniya hökuməti dərc etdiyi təlimatlarda öz vətəndaşlarına Ermənistanda zorlamaya məruz qaldıqları halda bu barədə polisə məlumat verməyin mürəkkəb və vaxt aparan proses ola bilməsinə dair xəbərdarlıq edib. Bildirilib ki, bu ölkədə yerli məmurlar cinsi təcavüz qurbanlarına kömək etmək üçün xüsusi təlimlər keçməyiblər.

 

Məqalədə həmçinin diqqətə çatdırılıb ki, Ermənistanda zorlama və digər cinsi zorakılıq aktlarının cinayət əməlləri olması əslində nəzəri xarakter daşıyır və sözügedən müddəanı həmin cinayətlərin mühakimə olunma nisbətinin olduqca aşağı olması gerçəkliyi təsdiqləyir. Bütün söylənilənlərin fonunda bu ölkədə cinsi zorakılıq qurbanlarının üçüncü şəxslər qarşısında ifadə verməsi tələb olunur və bu azmış kimi onların şəxsi məlumatlarının məxfiliyini pozanları məsuliyyət cəlb etmək üçün qanunvericilik mövcud deyil.

 

Tanınmış politoloqun yazısında “Amnesty İnternational” təşkilatına da istinad olunub: “Ermənistan Avropa Şurasının üzv ölkələri arasında məişət zorakılığını kriminallaşdıran qanunvericiliyə malik olmayan yeganə ölkədir”. “Human Rights Watch” təşkilatının son hesabatına görə isə, Ermənistan hələ də Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Konvensiyası”nı müxtəlif əsassız bəhanələrlə ratifikasiya etməyib.

 

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: 

 

//foreignpolicyblogs.com/2024/03/29/rape-culture-prevalent-in-armenia/

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Kürdəmirdə dərzi sexi yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın…

İsraildə fövqəladə vəziyyət elan edildi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyət elan edib.  …

Qranadada dördtərəfli görüş keçirildi 

Ermənistan Baş naziri Nikol Paşinyan İspaniyada Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl…

Səfirimizdən Niderlanda ÇAĞIRIŞ

Azərbaycan Niderland parlamentini Bakı ilə İrəvan arasında sülhün bərqərar edilməsi səylərini dəstəkləməyə…

 “Brent” neftin qiyməti 82 dollara düşdü

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair…