Uzun iş saatları yüksək təzyiq ehtimalını artıra bilər.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-da bununla bağlı araşdırma aparılıb.

 

Araşdırmada Kanadanın Kvebek əyalətindəki üç dövlət müəssisəsində 3500-dən çox işçi müayinə olunub. Nəticədə isə həftədə 49 saat və daha çox işləyənlərdə yüksək təzyiqə tutulma ehtimalının 70 faiz, yüksək təzyiq riskinin isə 66 faiz artdığı müşahidə edilib.

 

Nəticələri Amerika Ürək Dərnəyinin “Hipertoniya” jurnalında dərc edilən araşdırmada müəyyənləşib ki, uzun iş saatları yüksək qan təzyiqi riskini, o cümlədən hipertoniya riskini artıra bilər ki, bu da işçilərdə yoxlamalar zamanı aşkarlana bilməz. Bəs həftədə 41-48 saat işləmək necə? Həmçinin məlum olub ki, həftədə 41-48 saat işləmək hipertoniya ehtimalını 54 faiz, hipertoniya riskini isə 42 faiz artıra bilər. Bildirilib ki, araşdırmada iş stressi, yaş, təhsil səviyyəsi, məşğuliyyət, siqaret, bədən kütləsi indeksi və digər sağlamlıq amilləri də qiymətləndirilib.

Tədqiqat qrupunun rəhbəri Laval Universitetinin professoru Xavier Trudelin sözlərinə görə, insanlar bilməlidirlər ki, uzun iş saatları onların sağlamlığına təsir edir və əgər onlar uzun müddət işləyirlərsə, həkimlərindən qan təzyiqinə nəzarəti xahiş etməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox hipertoniya xəstəsi var. Yüksək qan təzyiqinin ürək xəstəlikləri, insult və bəzi hallarda ölüm ehtimalını artırdığı da qeyd olunur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İsrail İran səfirliyini bombaladı – SEPAH generalı öldü

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirib.   Modern.az “Reuters” agentliyinə…

“Qarabağ” Avropa Futbol Akademiyası ilə müqavilə imzaladı

“Qarabağ” klubu ilə Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.…

Güclü zəlzələ ehtimalı yoxdur – Qurban Yetirmişli

Ötən gün Azərbaycanda 47 yeraltı təkan qeydə alınıb.   Modern.az xəbər verir ki,…

Tarixçi alim Bazardüzü zirvəsində – FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı – Ümumi fənlər kafedrasının baş müəllimi, tarix…

Baş nazirlər Bişkekə toplaşacaq

Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri oktyabrın 26-da Bişkekdə (Qırğızıstan) görüşəcəklər. Modern.az…