Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Modern.az xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum olunub.

 

Həmçinin, təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilməsi istənilib.

 

Prokuror Tofiq Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsrili bilinməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

 

Qeyd edək ki, barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir. (APA)

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İndoneziya sahillərində ZƏLZƏLƏ

İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ zəlzələ qeydə alınıb.   Modern.az-ın məlumatına görə, bu…

Neft zavodunda partlayış – 37 nəfər öldü 

Nigeriyanın cənubunda qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayışda ən…

Hamburq azərbaycanlıları beynəlxalq ictimaiyyətə müraciət etdi

Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycan icması ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı…

Rəsmi Bakıdan Xankəndi AÇIQLAMASI: Biz hazırıq…

Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun…

Fransada yüzlərlə müəssisə talan edilib 

Fransanın Lion və Marsel kimi böyük şəhərlərində baş verən iğtişaşlar yerli müəssisələrə…