Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

 

Bu barədə Modern.az-a AMEA-dan məlumat verilib.

 

Bildirilib ki, Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2018-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 2022-ci ildən həmin şöbənin müdiri vəzifəsində çalışıb.

 

O, 9 aprel 2024-cü il tarixdə texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edəcək.

 

Dosent AMEA Direktorlar Şurasının sədr müavini, AMEA-da Ekspedisiyaların təşkili üzrə komissiyanın üzvüdür. O, eyni zamanda, Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Minifutbol çempionatında XII turun təqvimi AÇIQLANDI

Minifutbol üzrə Azərbaycan çempionatında XII turun təqvimi müəyyənləşib.   Modern.az-ın məlumatına görə,…

Bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik – Baş nazir

Moldova və Azərbaycan arasında enerji, iqtisadi, kənd təsərrüfatı və investisiya sahələrində birgə…

Azərbaycan bu konvensiyaya qoşulur

Azərbaycan “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol” və “Ümumdünya Poçt…

Dünyanın ən bahalı futbolçularından ibarət simvolik komanda

“Transfermarkt” portalı dünyanın ən bahalı futbolçularından ibarət simvolik komandanı tərtib edib.  …

Jurnalist Şahin Rzayev həbs olundu

Jurnalist Şahin Rzayev həbs olunub.   Modern.az xəbər verir ki, məhkəmə Ş.Rzayev…