Amerikanın “Forbes” jurnalı dünyanın ən zəngin adamlarının siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, reytinqdə birinci yeri fransız iş adamı Bernard Arnault tutub.

 

Arnaultun sərvəti 233 milyard dollar qiymətləndirilir. 2023-cü illə müqayisədə Bernard Arnaultun sərvəti 10% artıb. 

 

Siyahıda ikinci yerdə 195 milyard dollarla “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask qərarlaşıb.

 

Qeyd edək ki, ən zənginlər siyahısında hazırda Bakıda həbsdə olan Ruben Vardanyan da var. Erməni separatçılarının keçmiş “dövlət naziri” siyahıda 2545-ci yerdədir. O, siyahıda Ermənistanı təmsil edir.

 

Maliyyə sektorunda fəaliyyət göstərdiyi elan olunan Vardanyanın sərvəti 1.1 milyard dollar olaraq qiymətləndirilib.

 

“Forbes” qeyd edir ki, “Rusiya fond bazarının atası” kimi tanınan Ruben Vardanyan 1990-cı illərin əvvəllərində “Troyka Dialoq” investisiya şirkətini təsis edib. 2013-cü ildə Vardanyan “Troyka Dialoq”u dövlətə məxsus “Sberbank”a 1,4 milyard dollara satıb.

 

O, 2021-ci ildə Ermənistan vətəndaşlığını alıb, daha sonra Rusiya vətəndaşlığından imtina edərək Ermənistana köçüb.

 

2022-ci ilin noyabrında Vardanyan Qarabağdakı qondarma quruma “dövlət naziri” təyin edilib. O, biznes aktivlərini ailəsinin sərəncamına verib. 2023-cü ilin fevralında qondarma vəzifəsindən azad edilib.

 

Vardanyan 2023-cü ilin sentyabrında Ermənistan sərhədini keçməyə cəhd edərkən Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib.

 

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Antiterror tədbirlərindən sonrakı vəziyyət – FOTO

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyri-qanuni erməni silahlıllarına qarşı antiterror…

Cənubi Koreya ABŞ ilə razılığa gəldi 

Cənubi Koreya və ABŞ Şimali Koreyanın neft qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün…

İki "Mercedes" toqquşdu – Yaralılar var 

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Modern.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı…

Azərbaycanda uşaqlara qoyulan qiymətli ADLAR

Azərbaycanda yeni doğulan körpələrə qiymətli daş və metal adlarının verilməsi ənənəsi davam…

İcma “Human Rights Watch”un qərəzli hesabatını TƏNQİD ETDİ

“Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Human Rights Watch” təşkilatı “Azərbaycan: Dağlıq Qarabağda…