Martın 1-də Helsinkidə Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stubbun andiçmə mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədov da iştirak edib.

 

Qısa söhbət zamanı səfir Azərbaycan Respublikası Prezidentinin təbriklərini Finlandiya Prezidentinə çatdırıb, ona ali dövləti vəzifədə uğurlar arzulayıb.

 

Mərasim çərçivəsində habelə Finlandiyanın sabiq Prezidenti Sauli Niinistöyə diplomatik korpus adından təşəkkür ifadə olunub. Səfir Zaur Əhmədov fəaliyyəti dövründə Azərbaycana dost münasibətinə görə Sauli Niinistöyə minnətdarlığını bildirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Üçüncü dünya müharibəsi yaxınlaşır – TBMM sədri

“Üçüncü dünya müharibəsi yaxınlaşır”.   Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük…

"Hyundai" yandı, xəsarət alan var 

Balakəndə avtomobil yanıb.   Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,…

Ermənistan-Çexiya sazişi TƏSDİQLƏNDİ

Ermənistan parlamenti Çexiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.   Modern.az xəbər…

Ərdoğandan Brüsselə çağırış: Vədləri yerinə yetirin!

Türkiyədə sülh və təhlükəsizliyi məhv etmək istəyən terrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar.…

Aqrar Sığorta Fondu Təqaüdlü Təcrübə Proqramına başlayır

Aqrar Sığorta Fondu ölkənin bütün bölgələri üzrə tələbə və məzunlar üçün təqaüdlü…