“Qarabağ” səfərdə 4:2 hesablı qələbə qazansa da, bu, komandanı arxayınlaşdırmamalıdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi cavab oyunu barədə danışarkən deyib.

 

53 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubunu güclü rəqiblə çətin oyun gözləyir: “Braqa” hazırda yaralı aslana bənzəyir. Meydanda bütün gücünü göstərməyə çalışacaq. Qurban Qurbanovun komandası motivasiyalı oynasa, mərhələni keçən tərəf biz olacağıq”.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb. (AzərTac)

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Prokurorluq Xaçmazdakı qətllə bağlı məlumat yaydı 

Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib.  …

Azad edilən ərazilərdə ayaqları kəsik bəbir və ayılar var – Prezidentin köməkçisi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ayaqları kəsik bəbir və ayılara rast gəlinir.…

Ronaldo “Əl-Nəsr”lə müqaviləsini UZADIR

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komanda ilə müqaviləsini…

Nicat Abasov FİDE reytinqində İRƏLİLƏDİ

Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr üçün reytinq cədvəlini açıqlayıb.   Modern.az xəbər…

Əfsanəvi futbolçu vəfat etdi 

“Mançester Yunayted”in keçmiş kapitanı Ser Bobbi Çarlton 86 yaşında vəfat edib.  …