Banqladeşin Fransadakı səfirliyinin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Parisdə Beynəlxalq Ana Dili Günü münasibətilə beynəlxalq tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Ana Dili Günü münasibətilə təşkil olunmuş sərgidə Azərbaycan Daimi Nümayəndəliyinin sərgisi xüsusilə diqqəti cəlb edib. Sərgidə Azərbaycan dilində müxtəlif rəngli kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub.

 

Tədbirdə UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ana dilinin vacibliyi, eləcə də təhsil haqqında fikrini bölüşüb. Davamlı cəmiyyətlər üçün mədəni və dil müxtəlifliyinin vacibliyi vurğulanıb, sülh naminə başqalarına tolerantlıq və hörməti təşviq edən mədəniyyətlərin, dillərin fərqliliklərini qorumağın önəmi diqqətə çatdırılıb.

 

Stefania Ciannini, UNESCO-nun İcraiyyə Şurasının, eləcə də Baş konfransının sədrləri Azərbaycan dilinə həsr edilmiş sərgini ziyarət ediblər.

 

Tədbirin mədəni proqramı çərçivəsində XIX əsr Azərbaycanın görkəmli şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəzəlləri səsləndirilib.

 

Beynəlxalq Ana Dili Günü UNESCO-nın Baş Qərargahında konsert proqramı ilə davam edib.

 

Tədbirdə Azərbaycan da daxil olmaqla 20-yə yaxın ölkə iştirak edib.

 

Xatırladaq ki, 1999-cu ildə UNESCO-nun Baş Konfransında təsdiqlənmiş və 2000-ci ildən bütün dünyada qeyd edilən Ana Dili Günü bu qurumun yanındakı daimi nümayəndələr tərəfindən hər il fevralın 21-də təntənəli şəkildə keçirilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ Çinin bu hərəkətindən qorxur

Amerika Birləşmiş Ştatları Çinin əvvəllər heç vaxt görülməmiş miqyasda Amerika vətəndaşlarından müxtəlif…

BQXK-nin Xankəndi şöbəsinə əlavə heyət göndərilə bilər

Biz BQXK-nın Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik.   Modern.az xəbər verir…

“Açıq mikrofon” Atbulaq kəndində quruldu – FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin Hacıqabul rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 6…

Tovuz klubu Nigeriyadan futbolçu transfer etdi 

“Turan Tovuz” komandası heyətini yeni futbolçu ilə gücləndirib.   Modern.az xəbər verir ki,…

Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Oktyabrın 10-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit…