İtaliya Respublikası Nazirlər Şurasının Sədri xanım Ciorcia Meloni Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

“İtaliya Hökuməti adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik etmək və yeni mandatınız üçün Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

 

İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır və həqiqətən strateji və çoxölçülü tərəfdaşlığın yaradılması ilə yüksək əməkdaşlıq səviyyəsinə çatmışdır. Bizim niyyətimiz bu yolu davam etdirməkdir və əminəm ki, biz birlikdə enerji sektorundan başlayaraq bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyik.

 

İnanıram ki, biz bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərini təşviq etmək üçün də səylərimizi birləşdirə biləcəyik.

 

Əminəm ki, xalqlarımızı bir-biri ilə bağlayan səmimi dostluq sayəsində də əlaqələrimiz hər sahədə inkişaf etməkdə davam edəcəkdir.

 

Sizə bir daha səmimi təbriklərimi çatdıraraq, ən xoş salamlarımı göndərirəm”

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…