Daha çox uşaqlar arasında yayılan və adına az rast gəlinən infeksion xəstəliklərdən biri skarlatinadır. İnfeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə – boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır.

 

Modern.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-infeksionisti İlhamə Şirinovanın sözlərinə görə, skarlatina ən çox 3-7 yaşlı uşaqlar arasında rast gəlinən A qrup hemolitik streptakok (boğaz, burun və dəridə yaşayan bakteriyalar) tərəfindən törədilən yoluxucu xəstəlikdir: “Xəstəliyin əsas əlamətləri bədən hərarətinin kəskin artması (temperatur 38-39 dərəcəyədək yüksəlir), halsızlıq, boğaz və baş ağrısı, boyunda olan limfa düyünlərinin böyüməsi və ağrılı olması, mütəmadi qusmalardır. Skarlatina xəstəliyinin başladığı ilk və ikinci gündən etibarən dəridə parlaq qırmızı səpkilər müşahidə olunur. Xəstəliyi keçirən şəxslərdə davamlı immunitet formalaşır”.

 

İ. Şirinova qeyd edir ki, çox zaman insanlar oxşar əlamətlərinə görə, skarlatina və qızılca xəstəliyini səhv salırlar:

 

“Çünki hər iki infeksion xəstəlik məhz yoluxmuş şəxslərin asqırması, öskürməsi zamanı yayılan damcı ilə və xəstə insanla təmasda olmaqla yayılır. Qızılca xəstəliyi zamanı səpkilər xəstəliyin 4-5-ci günündə üzdən başlayır və mərhələli şəkildə bədən səthinə yayılır. Skarlatina xəstəliyi zamanı isə səpkilər xəstəliyin 1-2-ci günlərindən etibarən döş qəfəsindən başlayaraq dəriyə yayılır. Səpkilər 2-5 gün davam etdikdən sonra solmağa başlayır. Qızılcadan fərqli olaraq skarlatinada xəstəliyin 4-cü günündə parlaq qırmızı moruğa bənzər dil əmələ gəlir. Xəstəliyin sonunda əl və ayaq dərisində dəri soyulması müşahidə olunur”.

 

Həkim-infeksionist vurğulayıb ki, skarlatinanın müalicəsi isə mütləq şəkildə həkim təyinatına uyğun aparılmalıdır. O qeyd edib ki, əks halda, özbaşına edilən hər müalicə üsulu faydasız və hətta zərərli ola bilər:

 

“Skarlatina xəstəliyinin müalicəsi antibiotiklər, hərarətsalıcı preparatlar, boğaz məhlulları ilə aparılır. Boğaz məhlulları ilə mütəmadi olaraq qarqara etmək, bol maye və vitaminli qidaların qəbulu xəstəliyin müalicəsi və profilaktikası üçün vacib amildir. Bunlarla yanaşı, mütləq şəkildə gigiyena qaydalarına əməl olunmalı, yeməkdən əvvəl əllər yaxşı yuyulmalıdır. Asqırma və öskürmə zamanı ağzı əllə və ya salfet / dəsmalla tutmaq lazımdır”.

 

Həkim-infeksionist xüsusi olaraq vurğulayır ki, antibiotik və digər dərman preparatlarının istifadəsi mütləq şəkildə həkim təyinatı ilə aparılmalıdır. Çünki yanaşı xəstəliyi olan şəxslər üçün antibiotiklərin qəbulu sonrakı mərhələdə ciddi fəsadlar törədə bilir.

 

Özünüzün və ya övladlarının səhhətində yaranan bu və ya digər xəstəliklərlə bağlı ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-infeksionistlərə müraciət edilməlidir. Əks halda, gecikmiş müalicə effektsiz ola bilər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…