NATO qoşunları Estoniyada illik təlimlərini kəskin hava şəraitində keçirib.

 

Modern.az ERR dövlət teleradio portalına istinadən xəbər verir ki, “Talvelaager” (“Qış düşərgəsi”) adlanan təlimlər Estoniya Müdafiə Qüvvələrinin Tapa şəhəri yaxınlığındakı Mərkəzi poliqonunda keçirilib və 1 000-dən çox hərbçi iştirak edib. Bildirilir ki, “piyada və mexanikləşdirilmiş hissələrin qış şəraitində döyüş əməliyyatlarına hazırlığının sınağına yönəlmiş manevrlər” həyata keçirilib.

 

“Belə şəraitdə döyüşmək seçimimiz olsaydı, çox güman ki, bunu etməzdik. Amma biz buna hazır olmalıyıq”, – NATO-nun döyüş qrupunun komandiri Ceyms Fern təlimləri şərh edərkən deyib. Qeyd olunur ki, təlimlərin bəzi günlərində havanın temperaturu mənfi 16 dərəcəyə çatıb.

 

“Hava həm avadanlıqlara, həm də insanlara təsir edir – bizim maşınlarımız işə başlamaqda çətinlik çəkir”, – Fern bildirib.

 

Birinci Piyada Briqadasının komandiri Andrus Merilonun sözlərinə görə, builki təlim əvvəlkilərdən fərqli olaraq, “bütün iştirakçılar simulyasiya sistemləri ilə təchiz edilib ki, bunun sayəsində əsgərlər onların nə vaxt atəşə məruz qaldığını və ya vurulduğunu dəqiq müəyyənləşdirə biləcəklər”.

 

“Tanklar və zirehli personal daşıyıcıları da bu simulyasiya sistemi ilə təchiz olunub, yəni burada baş verən hər şey təlim şəraitində mümkün qədər realdır”, – Merilo qeyd edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…