Hindistanın Uttarakhand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi qərarından sonra baş verən şiddətli qarşıdurmalarda ölənlərin sayı 5 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, 2 gündür davam edən qarşıdurmalarda 150-dən çox yerli sakin yaralanıb, eyni zamanda, çoxlu sayda polis əməkdaşı xəsarət alıb.

 

Artıq bölgədə komendant saatı tətbiq olunub.

 

Qeyd edilir ki, gərginlik məhkəmənin məscid və mədrəsənin yerli icra hakimiyyətinin icazəsi olmadan dövlət torpağında inşa edildiyini əsas gətirərək sökülməsi barədə çıxartdığı qərardan sonra yaranıb. Söküntü üçün gedən səlahiyyətlilər və polis qərara reaksiya verən minlərlə etirazçı ilə qarşılaşıb.

 

Polisin real güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi hadisələrdə etirazçılar polisə molotof kokteyli və daş atıb, bəzi avtomobilləri də yandırıblar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…