Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist, Donald Trampın tərəfdarı Taker Karlsona verdiyi müsahibədə Ukraynanın Boris Consonun bəyanatlarına görə danışıqlardan imtina etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, müsahibə Kremlin saytında dərc olunub.

 

O, Ukraynanın Rusiya ilə danışıqlardan imtinasını “gülünc və kədərli” adlandırıb.

 

Vladimir Putin qeyd edib ki, Rusiya danışıqlardan imtina etməyib: “Yaxşı, qoy fərmanını ləğv etsin, danışıqlara başlasın. Onların Böyük Britaniyanın keçmiş baş naziri cənab Consonun tələblərinə və ya razılığına tabe olmaları mənə elə gəlir ki, absurddur və çox, necə desək, kədərlidir”, – prezident bildirib.

 

Putin Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiyanın sözlərini də misal çəkib, o qeyd edib ki, döyüşlər il yarım əvvəl başa çata bilərdi: “Çünki, cənab Araxamiyanın dediyi kimi: “Bir il yarım əvvəl biz bu hərbi əməliyyatları dayandıra bilərdik, bu müharibəni dayandıra bilərdik, lakin ingilislər bizi inandırdılar və biz bundan imtina etdik”. Cənab Conson indi haradadır? Lakin müharibə davam edir”, – deyə Rusiya prezidenti söyləyib.

 

Rusiya ilə Ukrayna arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onların bərpası yalnız Rusiya qoşunları çıxarıldıqdan sonra mümkün olacaq.

Bu xəbər ilə bağlı

Klinton Rusiyanın NATO-ya daxil olmasına mane olub? – Putin AÇIQLADI


Xəbəri oxu

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…