Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Ramzan Kadırov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Paylaşımda deyilir: “Hörmətli İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hazırda seçkilərin ilkin nəticələri məlumdur, İlham Heydər oğlu inamla lider mövqeyini tutur. Azərbaycan vətəndaşlarının bu dəstəyi onu göstərir ki, İlham Heydər oğlu öz xalqının həqiqi lideridir. Yüksək peşəkarlığı və mənəvi keyfiyyətləri, təcrübəsi və mürəkkəb qərarları qəbul etmək bacarığı onu ölkənin siyasi və sosial həyatında əvəzolunmaz liderə çevirib”.

 

Ramzan Kadırov İlham Əliyevin “mühüm sosial-iqtisadi istiqamətlərin inkişafını ehtiva edən” səmərəli daxili siyasətini vurğulayaraq yazıb:

“İlham Əliyev tərəfdaş ölkələr, xüsusən Rusiya ilə diplomatik əlaqələrin möhkəmləndirilməsi üzərində yorulmadan çalışır. Bu, qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə kömək edir. Əminəm ki, İlham Heydər oğlunun rəhbərliyi ilə ölkə dinamik inkişafını davam etdirəcək, sürətlə tərəqqi edərək nüfuzunu daha da artıracaq”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…