Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs – rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, ilkin dindirilmə zamanı sonuncu törətdiyi cinayət əməlini etiraf edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və tək yaşamaşından istifadə edən saxlanılan şəxs, axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…