Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun görüşü olub.

 

Modern.az RF Hökumətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, tərəflər Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının işinin gündəliyinə daxil olan ikitərəfli ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini nəzərdən keçiriblər.

 

Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarət inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin artımının 2023-cü ilin yanvar-oktyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz təşkil etdiyi qeyd olunub.

 

Tərəflər Rusiya və Azərbaycanın münasibətlərin bütün istiqamətlər üzrə möhkəmlənməsinə yönələn konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…