Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində yoxlama keçirilib.
 

Modern.az-ın məlumatına görə, baxış zamanı ət satışı məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məntəqədə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarının pozulduğu məlum olub. Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kq istehlaka yararsız ət aşkarlanıb.

Laborator müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, ətlərdə at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.
 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Sülhməramlıların maşını Xankəndidə dərəyə aşdı – ÖLƏN VAR 

Rusiya sülhməramlılarına məxsus zirehli döyüş maşını Xankəndidə qəzaya uğrayıb.   Modern.az teleqram…

Seçki ilə əlaqədar efir vaxtına nə vaxt start veriləcək?

“Gələn həftədən etibarən İctimai Televiziyanın efirində növbədənkənar prezident seçkisi ilə əlaqədar maarifləndirmə…

YAP İlham Əliyevin təşviqatına start verdi

Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın yeddisində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti…

İntihar etmək üçün işıq dirəyinə çıxdı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Saloğlu kəndində bir…

Britaniyadakı Azərbaycan icması İlinq şəhər Şurasına çağırış edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması Londondakı İlinq…