Füzuli rayonunda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Vətən müharibəsi şəhidlərinin ailələrindən olan müəllimlər iştirak etdilər.

 

Modern.az xəbər verir ki, tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi  Azərbaycan ordusunun qazandığı Zəfərdən, uğurla nəticələnən lokal xarakterli antiterror əməliyyatından, qəhrəman şəhidlərin və qazilərin şərəf dolu döyüş yolundan bəhs etdi. Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə hər zaman yüksək dəyər verdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrindən olan müəllimlərin timsalında bütün Azərbaycan müəllimlərini 5 oktyabr Beynəlxalq Müəllimlər  Günü münasibəti ilə təbrik edib.

 

Tədbirdə iştirak edən, Vətən müharibəsi şəhidlərinin ailələrindən olan  müəllimlər onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Cüdoçumuz finala YÜKSƏLDİ

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının son günündə…

Azərbaycan nümayəndələri VIII Xəzər Media Forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən VIII Xəzər Media Forumunda…

Paşinyan da Brüsselə getdi 

Ermənistan Baş naziri Nikol Paşinyan Belçikaya səfər edib.   Modern.az xəbər verir ki,…

Bizə yeni müharibə lazım deyil – Ali Baş Komandan

Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa…

Zurabişvilinin impiçment məsələsi real deyil

Mövcud vəziyyətdə Gürcüstan konstitusiyasını pozmaqda ittiham olunan Prezident Salome Zurabişvilinin impiçment məsələsi…