Xəbər verildiyi kimi, qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ermənistan vətənmdaşı Ruben Karlenoviç Vardanyan sentyabrın 27-də Qarabağdan qaçarkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Vardanyana qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Modern.az xəbər verir ki, Ruben Vardanyan istintaq müddətində Azərbaycan tərəfindən vəkillə təmin olunub. Belə ki, onun vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunda çalışan Faiq Hüseynovdur. İngilis, rus, türk dillərini bilən Faiq Hüseynov 3 ildir ki, vəkillik fəaliyyətilə məşğul olur.

A.Qorxmaz

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İyulun ilk “Açıq mikrofon” aksiyası Şirvanda

“Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə…

Gəncədə mikroavtobus dərəyə aşdı – Yaralananlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Modern.az AzərTac-a istinadən xəbər verir ki,…

Şəkidə fermerlərə sığorta ödənişlərinə BAŞLANILDI

Aqrar Sığorta Fondu Şəki rayonunda baş vermiş təbiət hadisələri nəticəsində fermerlərə ödənişlərin…

Konstitusiya Məhkəməsinin sədrini kim TƏYİN EDİR…

Prezident İlham Əliyev ötən günlərdə sabiq ədliyyə naziri Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi…

Ukrayna Qafqazda normallaşma prosesini dəstəkləyir

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səyləri…