Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13 faiz artacağını gözləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində bildirilib.

 

Ümumilikdə son aylarda əhalinin banklara olan borclarının artdığı müşahidə edilir. Bunun səbəbi nədir? Mövcud vəziyyəti aradan qaldırmaq üçün nə etmək olar.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda artan istehlak kreditləri ciddi problemdir:

 

“Son zamanlar kreditlərin artması o deməkdir ki, bir müddətdən sonra problemli kreditlərin də həcmi arta bilər. Çünki faizləri yüksəkdir. Artıq dolanışıqla bağlı problemləri olduqca, gəlirləri yetmədikcə, kredit götürməklə müəyyən problemlərinin həllinə çalışanlar kifayət qədərdir. Bu isə problemli kreditləri artıra bilər. Bank sistemində dayanıqlılığın azalmasına da bu səbəb ola bilər”.

İqtisadçı ekspert söyləyib ki, biznes və istehsal sahələrinin artmasına ehtiyac var:

 

“Problemli kreditlərin artmasının bir neçə dəfə şahidi olmuşuq. Sonradan dövlət müəyyən addımlar atmaqla problemli kreditləri silməyə, yaxud güzəştə getməyə məcbur olub. Buna bənzər halların yaşanma ehtimalı indi də var. Ona görə də, çalışmaq lazımdır ki, istehlak kreditinin faizləri və həcmi ilə bağlı beynəlxalq aləmdə qəbul olunmuş normalar, proporsiyalar pozulmasın. Biznes, kommersiya kreditlərinin artmasına çalışmaq lazımdır. Yəni iş yerlərinə, istehsal sahələrinə verilən kreditlər daha da artsın. Ancaq təəssüf ki, bizdə istehlak kreditləri kredit portfelinin bəzən yarıdan çoxunu təşkil edir”.

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə mövcud vəziyyətin yalnız əhalinin borclanması anlamına gəlmədiyini vurğulayıb:

 

“Verilən kreditlərin artması əhalinin borclanması anlamına gəldiyi kimi, həm də iqtisadi aktivlik deməkdir. Yəni bunu yalnız əhalinin borclanması ilə əlaqələndirmək doğru deyil. Bəli, bir baxımdan bu əhalinin borclanmasıdır. Lakin bu, normal haldır. Əksinə kreditin azalması iqtisadiyyatın və əhalinin zərərinədir. İstehlak yox, biznes krediti alanların sayı artırsa, bu yaxşı haldır”.

E.Əmirov iqtisadi aktivliyin olmadığı ölkələrdə iqtisadiyyatın tənəzzülə uğradığını diqqətə çatdırıb:

 

“Götürülən kreditlərin həcminin artması, həm də iqtisadi aktivlik deməkdir. Çünki uçot dərəcəsinin stabil saxlanılmasında bunun ciddi olmasada, müəyyən önəmi var. İqtisadi aktivliyin təmin olunması üçün uçot dərəcəsinin stabilləşməsinə ehtiyac var. Eyni zamanda əhalinin kreditə önəminin artması istiqamətində əhəmiyyətlidir. İqtisadi aktivliyin əsasını təşkil edir. İqtisadi aktivliyin olmadığı ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Kurtulmuş Bakıda TÜRKPA-nın binası ilə tanış olub 

İyulun 12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM), həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyasının…

Bakıda yanğın – bir nəfər öldü

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı…

"Neftçi" səfərdə qələbə qazandı 

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.  …

Britaniya və Ukrayna arasında hərbi SAZİŞ

Böyük Britaniya və Ukrayna müdafiə və sənaye əməkdaşlığına dair yeni saziş imzalayıblar.…

Hakan Fidan ukraynalı həmkarı ilə danışıqlar apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon…