Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı artırılaraq 10-a, ixtisaslaşdırılmış gömrük idarələrini sayı isə 4-ə çatdırılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

 

Qərara əsasən, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi, Tovuz Gömrük İdarəsi yaradılıb.

 

Eyni zamanda Komitənin ixtisaslaşdırılmış gömrük idarələrinin siyahısına Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi əlavə edilib. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin adı dəyişdirilərək Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Hacı Şahinsiz bir il…

Mərhum din xadimi Hacı Şahin Həsənlinin vəfatından bir il keçir.   Modern.az xəbər…

Kadırovun sözçüsü dünyasını dəyişdi

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun mətbuat katibi Alvi Kərimov vəfat…

4 kəndi Azərbaycana qaytarmalıyıq – Paşinyan Tavuşda bəyan etdi

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 18-də Azərbaycanın Qazax…

Rusiya və Azərbaycan arasında dəhliz müzakirəsi

Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov Azərbaycan Baş nazirinin müavini…

Heç kim Azərbaycana təzyiq göstərə bilməz – Sahibə Qafarova

Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə…