Ermənistanın baş naziri Nikol Paşinyan ölkə müxalifətini Qarabağ hadisələrinə görə ittiham edib.

Modern.az xəbər verir ki, Paşinyan parlamentin bugünkü iclasında deyib ki, Qarabağ separatçılarının rəhbərliyindəki son dəyişikliyə sevinən müxalifət Ermənistanın da müharibəyə cəlb olunmasını istəyirdi. O bildirib ki, müxalifət Qarabağın erməni sakinlərini hücuma məruz qoyub.

“Sizin planınız Ermənistanın dövlət müharibəsinə cəlb olunması idi”, – Paşinyan deyib.
 

O, müxalifəti “marionet” olmaqda da günahlandırıb.
 

“Siz Ermənistanda uzun illərdir nə nəfəs alan, nə öskürən, nə də asqıran kukla hökumət qurmuşdunuz”, – Nikol Paşinyan bəyan edib.

O qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyinə müxalifət qərar verə bilməz.

“Buna Ermənistan xalqı qərar verə bilər. Xalq qərar verərsə, bu gün və ya sabah hakimiyyət dəyişikliyi ola bilər”, – Nikol Paşinyan bildirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…