Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna ötən gün Ermənistanda səfərdə olub. Fransalı nazir səfər zamanı rəzalətə səbəb olub. Fransalı nazir sosial şəbəkə hesabında Türkiyə ərazisində olan Ağrı dağının fotosunu paylaşıb və Ermənistanda olduğunu yazıb. “Birinci səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik!”, – nazir paylaşımında bildirib.

 

Kolonna erməni həmkarı Ararat Mirzoyanla görüşündə Fransanın Ermənistanı silahlandıracağını da qeyd edib. “Həmçinin, biz Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrelə Aİ-nin müşahidə missiyasını genişləndirmək və onun mandatını gücləndirmək üçün rəsmi məktub göndərmişik. Biz Ermənistanı da Avropa sülh mexanizminə daxil etməyi təklif etmişik, məsələn, Moldovada belə bir proqram həyata keçirilir”, – Kolonna qeyd edib.

 

Fransalı nazirin bu rəzilliklərinə qarşı hansı addımlar atılmalıdır? Fransa Ermənistana hansı silahları verəcək və bunlar nəyi dəyişə bilər?

 

Məsələ ilə bağlı Modern.az Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı ilə danışıb.

 

O, Fransa xarici işlər nazirinin Ağrı dağını Ermənistanın ərazisi kimi göstərməsinin qəbuledilməz olduğunu vurğulayıb:

 

“Ağrı dağı Türkiyə sərhədləri daxilindədir. Fransanın NATO ölkəsi kimi, təşkilata üzv olan, yəni müttəfiqi olduğu Türkiyənin torpaqlarını başqa dövlətin ərazisi kimi təqdim etməsi Alyansın müttəfiqlik ruhu ilə ziddiyyət təşkil edir. Bu Fransanın NATO-da separatizmlə məşğul olduğunun açıq göstəricisidir. NATO üzvləri bir-birinin ərazi bütövlüyünün müdafiə edilməsinə qarantiya verir. Lakin bu addımı ilə Fransa göstərdi ki, o, nə sülhə, nə əmin-amanlığa, nə də üzvü olduğu NATO-ya əhəmiyyət verir”.

Kontr-admiral Fransanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmənlik etdiyini söyləyib:

 

“Fransa Ermənistanın dəstəkçisidir. Bu ölkədə ermənilərlə aparılan danışıqlar daxili siyasətə istiqamətlənib.  Fransada erməniəsilli vətəndaşlardan səs toplamaq üçün belə çıxışlar edirlər. Bununla,əslində, Fransanın xarici siyasətinin nə qədər güvənilməz olduğunu elan edirlər. Bu da onu göstərir ki, nə Qərb, nə NATO, nə də müttəfiqləri Fransaya güvənməlidir. Fransa Azərbaycana və Türkiyəyə düşmənlik edən ölkədir. Azərbaycana düşmənlik edən Türkiyəyə, Türkiyəyə düşmənlik edən isə Azərbaycana düşmənlik etmiş olar. Ağrı dağını Ermənistan göstərməklə Türkiyəyə, “Ermənistana silah yardımı edilməlidir” deməklə Azərbaycana düşmənlik edirlər. Görüldüyü kimi Fransanın problemi türklərlədir”.

 

C.Yaycı Fransanın Ermənistana hansı silahları verə biləcəyindən də bəhs edib:

 

“Ermənistana bir sıra hava hücumu əleyhinə müdafiə, eləcə də başqa silahlar verilə bilər. Lakin bu, elə də asan məsələ deyil. Fransa ödənişsiz silah verəcək dövlət deyil. Sadəcə, aranı qarışdırmaq istəyirlər. Ermənistana silah verməklə hər hansı maddi qazanc da əldə edə bilməyəcəklər. Bir sözlə, Fransanın Ermənistana silah verməsi heç bir nəticə verməyəcək. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Bundan sonra boş işlərdir.

 

Ekspert Ağrı dağı ilə bağlı buraxılan səhvin BMT-nin gündəminə çıxarılmalı olduğunu vurğulayıb:

 

“Bunu ilk növbədə BMT-nin gündəminə çıxarmalıyıq. Fransa sülh və əmin-amanlığa təhdid yaradır. Türkiyənin torpağını başqa ölkənin torpağı olaraq göstərərək NATO ölkəsinin ərazisini bölür. Bu isə NATO-nun  müttəfiqlik ruhuna zidddir. Məhz bu səbəbdən məsələ həm də  NATO-nun gündəminə çıxarılmalıdır”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…