Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş “rəhbəri” Arayik Arutyunyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, digər separatçılarla birgə Bakıya gətirilib.

 

Modern.az xəbər verir ki, Arayik Arutunyan İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin onun əmri ilə vurulduğunu etiraf etmişdi.

 

Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Terror aktı nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb. 

 

Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.

 

Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

Cinayət Məcəlləsinə əsasən o, ömürlük həbs edilə bilər.

 

Arayik Arutunyanın etirafını təqdim edirik:

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Piylənmədən müdafiə edən gen aşkarlandı

ABŞ-ın Kornell Universitetinin biotibbi tədqiqatlar şöbəsinin alimləri GIP geninin xüsusi variantının daşıyıcılarında…

Erməni nazir Bişkekə getmir – Mirzoyan-Bayramov görüşü olmayacaq

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bişkekdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına…

İki rayonun qazı kəsildi

Bu gün Bakının Sabunçu rayonunun və Balakən rayonunun təbii qaz təchizatı dayandırılıb.…

Daha bir güclü ZƏLZƏLƏ 

Çili sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.   Modern.az xəbər verir ki,…

Burak Yılmaz yeni komandada

Türkiyənin “Kayserispor” komandasının yeni baş məşqçisi məlum olub.   Modern.az klubun rəsmi saytına…