Aərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu ölkənin “Today” informasiya agentliyinə müsahibəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib.

 

Modern.az xəbər verir ki, diplomat Qarabağın1993-cü ildən Ermənistan işğalı altında qalan Azərbaycan regionu olduğunu, ermənilərin 750 mindən çox azərbaycanlıya qarşı etnik təmizləmə apardıqlarını və hərbi cinayətlər törətdiklərini, həmçinin Ermənistandakı 250 mindən çox azərbaycanlının öz doğma yurd-yuvalarından deportasiya edildiyini xatırladıb. Qeyd olunub ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın Qarabağa hərbi təcavüzünün ən dramatik hadisəsi baş verib – ermənilər ancaq azərbaycanlıların yaşadıqları Xocalı şəhərində soyqırımı törədiblər. Bu dəhşətli faciə nəticəsində 613 nəfər həlak olub. Bölgə 30 illik işğal dövründə xarabalığa çevrilib, Birinci Qarabağ müharibəsindən indiyədək 4 min azərbaycanlı itkin düşüb.

 

Səfir Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoyduğunu, lakin ötən üç ildə Ermənistan üçtərəfli Bəyanata üzərinə götürdüyü bütün silahlı qüvvələrini ərazilərimizdən çıxarmaq barədə öhdəliyini yerinə yetirmədiyini, ərazilərin minalanması nəticəsində bu vaxtadək 70 azərbaycanlının həlak olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib.

 

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı tədbirlərin həyata keçirildiyini bildirən diplomat deyib: “Azərbaycan Qarabağın erməni sakinlərinə reinteqrasiya və birgəyaşayış təklif edib. Lakin onlar getməyi seçirlər. Çünki bizim vaxtilə məruz qaldığımız zorakılıqdan qorxurlar, amma biz fərqliyik. Bakıda, eləcə də Azərbaycanın digər ərazilərində azərbaycanlılarla sülh içində yaşayan ermənilər var. Azərbaycanın bütün vətəndaşları eyni hüquqa malikdirlər. Ölkəmizin konstitusiyası onlara öz dillərində danışmağa, öz məktəblərinə, mədəniyyət mərkəzlərinə, kilsələrə malik olmağa zəmanət verir. Biz Qarabağın erməni sakinlərinə bu ərazilərdə qalmağı və birgə yaşamağı təklif edirik ki, regionda sülh bərqərar olsun. Azərbaycan hökuməti, həmçinin Qarabağın erməni sakinlərinə davamlı olaraq humanitar yardımlar göndərir”.

 

R.Aslanov vurğulayıb ki, öz yurd-yuvalarından didərgin düşmüş 750 min azərbaycanlını hazırda evlərinə qaytarmaq istəyir. Bu, onların haqqıdır. Onlar 30 ilə yaxındır evlərinə qayıtmaq və ailə üzvlərinin məzarlarını ziyarət etmək üçün gözləyirlər. Həmçinin 300 min qaçqın qovulduqları Qərbi Zəngəzurda yaşamaq üçün geri qayıtmaq istəyir. Bizim daha bir məqsədimiz Asiya ilə əlaqələri genişləndirmək üçün Zəngəzur dəhlizini açmaqdır.

 

Azərbaycanın Qarabağa təkcə son bir ildə 3,7 milyon dollar, indiyədək isə 7 milyard dollar sərmayə yatırdığını deyən səfir bölgənin İtaliya şirkətlərinin də iştirakı ilə infrastruktur layihələrinin reallaşdırıldığı böyük tikinti sahəsi olduğunu diqqətə çatdırıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İdmançımız Avropa üçüncüsü oldu 

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73…

Tbilisi ilə Bakı arasında münasibətlər daha da irəliləyəcək – EKSPERT

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu il yanvarın 29-da Baş nazir vəzifəsindən…

KTMT Ermənistanla Azərbaycanı təcili sülh müqaviləsi bağlamağa ÇAĞIRDI

Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti…

Xocavənddə silah-sursat müsadirə edildi

Azərbaycan Müdafiə Nazirliyi Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində müsadirə edilmiş döyüş texnikası,…

Qadın 40 il əvvəl boşandığı ərini ahıllar evində tapdı – VİDEO

Kimsəsizlərin, küskünlərin, həyatın acı üzünü görənlərin sığınacaq yerində – “Qocalar evi”ndəyik. El…