Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

 

DİM-dən Modern.az-a bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1454 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1198 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

 

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sabah günün birinci yarısında DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

 

Qəbul olunan abituriyentlər 5 oktyabr saat 14:00-dan 10 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Lənkəranda su çəni gəncin üstünə düşdü

Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb.   Modern.az-ın məlumatına görə, rayonun Nərimanabad…

Qəzzada humanitar atəşkəs uzadıla bilər

ABŞ Prezidenti Cozef Bayden Massaçusets ştatında keçirilən mətbuat konfransında HƏMAS hərəkatı ilə…

Ələt Baş dəmir yolu stansiyası təmir ediləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) transformasiya nəticəsində öz vəsaitləri hesabına…

Nazir müavini Naxçıvana gedənlərə müraciət etdi – Biletlərinizi 1-2 gün öncədən alın

Naxçıvana təyyara biletlərinin tapılmaması ilə bağlı məsələ uzun zamandır problemli olaraq qalır.…

Naxçıvana dəmir yolu çəkilir – İran vasitəsilə…

Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran…