Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycanın Qarabağ regionuna səfəri ilə bağlı yaydığı bəyanatda deyilir.

 

Missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olub.

 

Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib.

 

Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib.

 

Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olub.

 

BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərləri davam etdirməyi planlaşdırır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Gəncədə ağır qəza – 1 ölü, 2 yaralı

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.   Modern.az xəbər verir ki,…

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana təhvil verildi

Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə…

Ermənistan xüsusi təyinatlıları polis bölməsinə basqın etdi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücum edilən polis bölməsinə…

Avropalı nazirlər Bakı və İrəvanı müzakirə edəcək

Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan və Ermənistan ətrafındakı son…

Dardanel boğazı BAĞLANDI

Türkiyənin Çanaqqala vilayətindən keçən Dardanel boğazında ekstremal hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti…