“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin Ermənistana getməsi onların könüllü  qərarıdır, geri qayıda bilərlər”.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin gdh.digital nəşrinə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Qarabağ bölgəsinin erməni sakinlərinin sıxışdırılması ilə bağlı ittihamları rədd edən Azərbaycan Prezidentinin nümayəndəsi deyib:

“Xüsusilə vurğulamalıyam ki, biz onları qalmağa və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırmışıq. Baxın, Azərbaycanın rəsmi qurumları son bir neçə gündə nə ediblər: Qarabağ bölgəsinəmüxtəlif humanitar yardımlar, dərmanlar, yanğınsöndürən maşınlar göndərmişik. Biz Xankəndiyə 24 saat elektrik enerjisinin verilməsini təmin etmişik”.

E.Əmirbəyov deyib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda “etnik təmizləmə” ilə bağlı əsassız iddialarını pisləyir:

“Paşinyan Azərbaycanın ermənilərə humanitar yardım göstərmək səylərini və onların reinteqrasiya prosesini pozmağa çalışır. Bu, həm də Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ehtimalını sarsıdır”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…