Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin Ankarada yerləşən Baş Təhlükəsizlik İdarəsinə terror hücumu edilib. Hadisə zamanı iki polis yaralanıb.

 

Modern.az xəbər verir ki, Qərb ölkələri terror aktını pisləyib.

 

ABŞ Dövlət katibi Entoni Blinken hadisə ilə bağlı bəyanat yayıb. “Birləşmiş Ştatlar Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə bu gün törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – bəyanatda deyilir. Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir” və NATO tərəfdaşı olan Türkiyə ilə həmrəylik ifadə edir.

 

Almaniya kansleri Olaf Şolts Türkiyə ilə həmrəy olduğunu bildirib. “Ankaranın mərkəzində törədilən terror aktını qəti şəkildə pisləyirik. Biz türkiyəli tərəfdaşlarımızla həmrəyik”, – o qeyd edib.

 

Fransa Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı paylaşım edib.”Türkiyə ilə həmrəyik. Yaralılara və yaxınlarına tezliklə şəfa diləyirik”, – paylaşımda deyilir.

 

Yunanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bəyan edir və yaralananlara tezliklə şəfa tapmasını diləyirik”.

 

NATO Baş katibi Yens Stoltenberq Türkiyədə törədilən terror aktını pisləyib:”Bu gün Ankarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayıram, xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına tez zamanda sağalmasını diləyirəm. NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir – Nazir

Avropa İttifaqına (Aİ) üzvlük məsələsi Türkiyə üçün strateji hədəf olaraq qalmaqdadır. Türkiyənin…

Sülhməramlıların Qarabağda daha 2 postu BAĞLANDI

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki daimi müşahidə məntəqəsini bağlayıb.  …

Zaxarovadan Mirzoyana sərt SÖZLƏR

Ermənistan XİN başçısı Ararat Mirzoyanın axırıncı mətbuat konfransının tonu və məzmunu təəssüf…

8 Martla bağlı valideynlərə xəbərdarlıq edildi: Tədbirlər görəcəyik!

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 8 Mart…

Ələt Baş dəmir yolu stansiyası təmir ediləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) transformasiya nəticəsində öz vəsaitləri hesabına…