Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə yağan güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.

 

FHN-dən “Modern.az“a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rusiyaya getmək istəyənlərin nəzərinə – Sənəd imzala, öhdəlik götür!

Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi” hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə…

Türker İnanoğlu vəfat etdi 

Məşhur türkiyəli prodüser və kinorejissor Türker İnanoğlu vəfat edib.   Modern.az xəbər…

Böyük lider, müdrik strateq, qalib sərkərdə

Əhliman Əmiraslanov Akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri   Tarix şəxsiyyətlər yetişdirir. Şəxsiyyətlər…

Rus diplomat BMT-də Yevlax görüşündən DANIŞDI

Sentyabrın 19-da eskalasiya baş verdi. Rusiya sülhməramlıları atəşkəs üçün məsuliyyəti öz üzərinə…

"Hyundai" yandı, xəsarət alan var 

Balakəndə avtomobil yanıb.   Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,…