Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən “Baykar” şirkəti Ukraynada PUA istehsalı müəssisəsinin tikintisinə 100 milyon dollar sərmayə qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyevdə keçirilən müdafiə sənayesi forumunda “Baykar”ın baş direktoru Haluk Bayraktar bildirib.

 

“Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Artıq tikinti işlərinə başlanılıb. Bunu başa çatdırmaq üçün təqribən il yarım vaxt lazımdır”, – türkiyəli iş adamı qeyd edib

 

Xatırladaq ki, ötən il Ukraynada “Bayraktar” PUA istehsalı üçün zavod tikilməsi barədə razılıq əldə olunub.

 

Sentyabrın 29-da Kiyevdə Beynəlxalq Müdafiə Sənayesi Forumu işə başlayıb. Burada 26 ölkədən 165 şirkət iştirak edir. Forumdan bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq, Britaniya və Fransanın müdafiə nazirləri Qrant Şapps və Sebastyan Lekornu Kiyevə gəliblər . Fransanın müdafiə nazirini Fransanın 20 müdafiə şirkətinin nümayəndələri müşayiət edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İrandan müsadirə olunan silahlar Ukraynaya veriləcək 

ABŞ müsadirə etdiyi İran silahlarını Ukraynaya təhvil verməyi planlaşdırır.   Modern.az xəbər…

Banklarla bağlı yeni cərimələr

Banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron…

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub – Xəbər 7

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli…

Bu il qazlaşdırılan yaşayış məntəqələrinin SAYI

Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 100 yaşayış məntəqələrində və…

İT Dünyasının Uğur Mütəxəssisi və Memarı: Azər Alili

Günümüzdə təhlükəsizlik internet dünyasının ən çətin idarə edilən və mühüm faktorlarında biri…