Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilan şəhərində təməlini qoyduğu 2-ci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq.

 

Modern.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov bildirib.

 

Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.

 

Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.

 

“Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Tələblər pozularsa, 10 min manatadək cərimə yazılacaq

Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair…

Sunak şahzadə ilə razılığa gəldi

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd…

Ermənistan müxalifəti sülh müqaviləsi ilə tanış oldu

Ermənistan müxalifəti ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsi ilə tanış olublar.…

Uzun iş saatları yüksək təzyiq ehtimalını ARTIRIR

Uzun iş saatları yüksək təzyiq ehtimalını artıra bilər.   Modern.az xarici mediaya…

Əli Əsədov Paşinyanla eyni forumda iştirak edəcək 

26-27 oktyabr tarixlərində Tbilisidə Beynəlxalq İpək Yolu Forumu keçiriləcək.   Modern.az xəbər…