Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.

Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, sentyabrın 30-u günorta saatlarına 520 nəfər elektron ərizəsini təsdiqlədib. Onlardan 515-i Azərbaycan bölməsi, 5-i rus bölməsi üzrədir.

İxtisas seçimi oktyabrın 2-si saat 23:59-dək internet vasitəsilə aparılır. 

Kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan¬larından “məqbul” alan abituriyentlər buraxılırlar. Rəqs müəllimliyi ixtisasının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent 20-dək ixtisas kodunu qeyd edə bilər. 

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

FHN təlim keçirib – FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon…

“Açıq mikrofon” daha 4 rayonda təşkil olunacaq

Növbəti həftə daha 4 rayonda saat 11:00-dan 12:00-dək vətəndaşlarla “Açıq mikrofon” aksiyası…

Evin zirzəmisindən silah-sursat tapıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.  …

Keçiddən istifadə etməyən piyadanı maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Modern.az “Qafqazinfo”ya istinadən…

İstanbulda partlayış – Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.   Modern.az TRT-yə istinadən xəbər verir ki,…